Məxfilik

www.okaidi.com internet səhifəsindəki mövcud xidmətlərə çıxış  məsələn, soyad, ad, elektron ünvan, uşaqların adı və yaşı, sədaqət katrının nömrəsi kimi sizə aid məlumatların tərəfimizdən toplanmasına və qeyd edilməsinə səbəb ola bilər  “.
Bu məlumatlar sizə keyfiyyətli xidmət verə bilmək üçün bizə vacibdir. Bu məlumatlar daxili istifadəmiz üçün nəzərdə tutulub.
Sizin tərəfinizdən rədd edilmədiyi təqdirdə bu məlumatlar Okaïdi-nin xüsusi olaraq seçdiyi üçüncü tərəf ticari şirkətlərə ötürülə bilər.
Okaïdi-nin idarə etdiyi sənədlər barəsində CNİL-ə məlumat verilir. Hüquqi şəxslərin fərdi məlumatların işlənməsindən və məlumatların sərbəst dövriyyəsindən mühafizə etməklə bağlı Avropa İttifaqının 24 oktyabr 1995-ci il tarixli və 94/46/CE saylı direktivinə uyğun olaraq sizə aid olan məlumatlara çıxış hüququna və onların düzəldilməsi hüququna sahibsiniz.  Bizimlə təmasa keçərək bu hüquqdan istifadə edə bilərsiniz:

Elektron məktubla:
service-clients@okaidi.com

Poçtla :
Okaïdi
Service Clients (Müştəri xidmətləri)
162 bd de Fourmies
BP 615
59061 ROUBAIX CEDEX 1

France

Kukilər

İnternet səhifəmizə baş çəkdiyiniz zaman kukilər sizin kompyuterə, mobil telefona və ya planşetə daxil olur.  Kuki hər hansı bir internet səhifəsinə və ya reklama daxil olduğunuz zaman yerləşdirilən mətn fayldır. Onun məqsədi internetdəki naviqasiyanızla bağlı məlumatları toplamaq və sizin naviqasiya təcrübənizi yaxşılaşdırmaq üçün terminalınıza uyğun xidmətlər təklif etməkdir.  Məsələn, sizi müəyyən etmək və hesabınıza girmək üçün biz kukilərdən istifadə edirik.

Kukilərdən istifadə etmək istəmirsinizsə internet səhifələrinin bütün kukilərini silmək və/ya kukilər toplanıb saxlanıldığı zaman bu haqda məlumat almaq üçün kompyuterinizin parametrlərini konfiqurasiya etməlisiniz.  Kukilərin konfiqurasiyasını dəyişmək istəmirsinizsə sadəcə internet səhifəsinə baş çəkməyə davam edin.

Kukilər, onların sizə və naviqasiya təcrübənizə olan təsiri haqqında daha ətraflı məlumat üçün Avropa Komissiyasının internet səhifəsinə baxın:   http://ec.europa.eu/cookies/index_fr.htm

> Hansı növ kukilərdən istifadə edirik?

Müəyyənləşdirmə kukiləri:

Kukilər sizi müəyyənləşdirmək və internet səhifəmizdəki hesabınıza girmək üçün vacibdir.  İnternet səhfəsindən çıxdığınız zaman onlar başa çatır.

Performans kukiləri:  

Bu kukilər internet səhifəsinə baş çəkmənizlə bağlı anonim məlumatları toplayır.  Onlar OKAIDI -yə baş verə biləcək problemləri aşkarlamağa və internet səhifəsindəki naviqasiyanı yaxşılaşdırmağa imkan verir.

Funksiya kukiləri:  

Bu kukilər bəyəndiklərinizi toplayır və beləcə internet səhifəsindəki naviqasiyanızı asanlaşdırır (məs: dil seçimi, baxılmış mallar, və s).

Reklam kukiləri:  

“Üçüncü tərəf” adlanan bu kukilər axtarışlarınızdan irəli gələn məlumatları anonim şəkildə toplayır.  Beləcə, alış-veriş adətlərinizdən və baş çəkdiyiniz səhifələrdən asılı olaraq reklamı müəyyən edir.

 Üçüncü tərəf internet səhifələrindən gələn kukilər:

Bizim internet səhifəmizdə kukilərdən istifadə edilən digər internet səhifələrinə bağlantılar mövcuddur. Bu kukilər barədə ətraflı məlumat üçün üçüncü tərəf internet səhifələrinin öz kukiləri barədə verdiyi məlumatlarla tanış olun.

> Naviqatorlarda kukilər necə idarə edilməlidir?

Kukilərin terminalınızda yerləşdirilməsini necə qəbul və ya rədd etmək olar?

Kukilər müxtəlif şəkildə idarə edilə bilər: istəklərinizdən asılı olaraq onlara icazə verə, rədd edə və ya deaktiv hala gətirə bilərsiniz (yerləşdirilmiş kuki sadəcə deaktivasiya edilə bilər və sadəcə ömrü bitdiyi zaman silinəcək).  Kukilərin tam şəkildə rədd edilməsinin bizim bəzi xidmətlərimizdən faydalanmaya mane olacağını və ya bu xidmətlərdən daha az, daha səmərəsiz və ya az uyğunlaşdırılmış istifadəyə səbəb olacağını diqqətinizə çatdırırıq.

Naviqatorunuz vasitısilə seçimlərinizi ifadə edə və istəklərinizi dəyişə bilərsiniz.

Hər bir naviqatorun konfiqurasiyası fərqlidir.  İstifadə etdiyiniz naviqatorun yaradıcısının təlimatlarına riayət etmək sizdən asılıdır (bu məxfilik xartiyasının güncəllənməsi vaxtı mövcud olan bağlantılar):

– Internet Explorer-dən istifadə edirsinizsə: http://windows.microsoft.com/fr-FR/windows-vista/Block-or-allow-cookies
– Safari-dən istifadə edirsinizsə: http://support.apple.com/kb/PH11913
– Firefox-dan istifadə edirsinizsə: https://support.mozilla.org/fr/kb/cookies-informations-sites-enregistrent#w_paramaetres-des-cookies
– Chrome-dan istifadə edirsinizsə:  https://support.google.com/chrome/answer/95647
– Opera-dan istifadə edirsinizsə: http://help.opera.com/Windows/10.20/fr/cookies.html
– Müxtəlif terminallardan istifadə etdiyiniz zaman uyğun naviqatoru istəklərinizə uyğun şəkildə parametrləməyi unutmayın.

> Kukilərin saxlanma müddəti nə qədərdir?

Kukilərin saxlanma müddəti maksimum 13 aydır.





Choose language