Obaïbi SOS Prema assosiyasiyası ilə əməkdaşlıq çərçivəsində doğum və vaxtından əvvəl doğulmuş körpələr üçün məhsulları istehsal etdi. Yeni “Doğum” kolleksiyası həm körpələrinin rahatlığını düşünən həm də onları əhatə edən dünyaya həssa olan gənc valideynlərin gözləntiliərinə cavab verir. Bunun üçün bu kolleksiya körpənizə doğulduğu gündən etibarən və doğum evində rahatlıq təklif etmək üçün təmiz bioloji pambıqdan tam və qarışıq çeşidlərə əsaslanır. Yumşaq və zərif materiallar, incə və müasir qrafik rəsmlər, asan və düşünülmüş məhsullar körpənizin hərəkət ehtiyaclarına cavab verir və ona ətraf dünyasını maneəsiz və tam təhlükəsiz şəkildə kəşf etməyə imkan verir.
SOS Prema vaxtından əvvəl doğulmuş uşaqların valideynlərinə yardım və dəstək üçün ölkə səviyyəli assosiyasiyadır. Onun məqsədi vaxtından əvvəl doğuma olan qayğını Fransada artırmaqdır. Könüllülərdən və tibbi sahəsi peşəkarlarından ibarət şəbəkəsi, öz internet səhifəsi və nəşrləri sayəsində assosiyasiya aşağıdakı sahələrdə fəaliyyətlər aparır:
– Ailələrin qəbulu, dinlənilməsi və onlara dəstək
– Tibbi heyətlərlə dialoq
– Dövlət qurumlarının bu məsələrə həssaslaşdırılması
– Vaxtından əvvəl doğumun qarşısını almaq